Menu

XTQ GİZİRİ BEYRƏK FEYZULLAYEVİN ŞƏHADƏTİNDƏN BİR İL ÖTDÜ - FOTO/VİDEO

06.10.2021, 00:44
XTQ GİZİRİ BEYRƏK FEYZULLAYEVİN ŞƏHADƏTİNDƏN BİR İL ÖTDÜ - FOTO/VİDEO

Oktyabr ayının 5-də 44 günlük Vətən müharibəsində qəhrəmanlıqları ilə seçilən, təkbaşına 30-dan çox erməni hərbçisini öldürən igidimiz Beyrək Feyzullayevin şəhadətinin bir ili tamam oldu.

Xüsusi Təyinatlı Qüvvələrin giziri olan Beyrək sentyabrın 27-də başlamış Vətən müharibəsində qısa müddət ərzində misilsiz qəhrəmanlıqlar göstərərək vətən uğrunda canından keçən igidlərimizdən biri olub.

O, Ali Baş Komandan İlham Əliyev tərəfindən göstərdiyi qəhrəmanlıqlar səbəbindən ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidlik zirvəsinə qovuşan Beyrəklə bu gün təkcə ailəsi deyil, bütün Azərbaycan fəxr edir.

Beyrək haqqında hazırlanmış süjeti təqdim edirik: 


Şərhlər

JJ 2021-10-06 01:36:41

Allah Shehidimize Rehmet elesin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol