Menu

"PEN America" üç iranlı yazıçıya mükafat verdi - Onlar rejimin hədəfindədir

06.10.2021, 17:08
"PEN America" üç iranlı yazıçıya mükafat verdi - Onlar rejimin hədəfindədir

İfadə azadlığını təşviq edən "PEN America" təşkilatı Nyu Yorkda qala tədbirdə həbsdə olan üç iranlı yazıçını mükafatlandırıb.

"AzPolitika.info" "Azadlıq" radiosuna istinadən xəbər verir ki, onlar "PEN/Barbi" Yazmaq Azadlığı Mükafatına layiq görülüblər.

"Bektaş Abtin, Keyvan Bajən və Rza Xəndan Məhabadi yazılarına, azad sözü müdafiə etdiklərinə, dövlət senzurasına dinc etirazlarına görə İran hakimiyyəti tərəfindən həbs olunmuş tanınmış yazıçılardır", – "PEN America" oktyabrın 5-də bildirib.

Qrupun rəhbəri Suzanna Nossel qeyd edib ki, "PEN/Barbi" Yazmaq Azadlığı Mükafatı cəsarətilə bizi azad cəmiyyətləri müdafiəylə bağlı kollektiv vədimizi yeniləməyə vadar edən yazıçılara verilir. Abtin, Bajən və Xəndan Məhabadi İran Yazıçılar Assosiasiyasındakı fəaliyyətə görə 3-6 illik həbsə məhkum ediliblər. Hakimiyyət bu təşkilatın üzvlərini dindirir, hədələyir, həbs edir. Beynəlxalq insan haqları və media azadlığı təşkilatları üçlüyə kəsilmiş həbs cəzalarını pisləyib, onları azad etməyə çağırıb.

Dünyadan 370-ə yaxın incəsənət xadimi və ziyalı bu yaxınlarda İranın mühafizəkar prezidenti İbrahim Rəisiyə məktub yazaraq yazıçılara azadlıq istəyib.

“Bu üç yazıçı İranın zəngin ədəbiyyat tarixinə böyük töhfə veriblər, kitablar, poeziya, qısa hekayələr yazıb, çoxcildli İran ədəbiyyatı ensiklopediyasını, böyük yazıçıların şifahi irsini redaktə ediblər”, – məktubda deyilir.

Məktubu imzalayanlar içində Nobel mükafatlı yazıçılar JM Kutzee, Orxan Pamuk, həmçinin Xalid Hüseyni, Hollivud ulduzu Meril Strip olub.

"AzPolitika.info"

Şərhlər

Eli 2021-10-06 19:09:31

Reisi ne qanır ki,Nobel mükafatını kimlere ve neye göre verirler ki hele bu cavan ve istedadlı genclerin heyatı onun üçün maraq kesb etsin.Bu mollaların davası din davası deyil Un davasıdır.Nece ki İranın keçmiş prezidenti Refsencani ve onun aile üzvlerii.90-ci illerde deqiq meşumatlara göre İranda metal biznesinin 90%- den çıxu mehz onun oğlunun monopoliyasında idi ,giger saheler de o cümleden ayetollaların ,Dövlet memurlarının ve SEPAH rehberlerinin aile üzvlerinin elinde idi .İndi de veziyyet deyişmeyib.İran statistikasının verdiyi melumata göre ehalinin 90-95%- i aylarla et üzüne hesretdirler.Ancaq narkotik ve alkokollu içkilerin ticareti enyüksek seviyyedefir ki bu saheye de SEPAH mensubları nezaret edir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol