Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin satışında ittiham olunan 1973-cü il təvəllüdlü Mahmudov Zaur Arif oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report" xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, Zaur Mahmudov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.
Onunla birlikdə saxlanılan və həbsdə olan Habil Əliyev isə 13 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Zaur Mahmudov Xalq artisti Brilliant Dadaşovanın bacısı Lalə Dadaşovanın oğludur. L.Dadaşovanın bir oğlu da 2015-ci ildə xəstəlikdən vəfat edib.


Şərhlər
Sensasiyadır.Bu xeberin Briliantın senetine bir aidiyyatı var.Qeribe adamkar yeni jurnalistler var vallah.Ve yaxud Qaralovun emisi qızı Anım gününde qırmuzı don geyinib, eşi bunun Qaralova me dexli var,bu adam gedim qohumlarının evini gezmeli ve demelidir ki,onu geymeyim bunu geyin mene xeyir ta ziyandır.Gülmelidir vallah.Ay qardaş siz cemiyyetde olan çatışmamazlıqlardan xalqın derdinin hell olunması yollarını araşdırıb tedbirler görülmesinin zeruriyyetinden yazın.Ayıbdır vallah.