Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində vergi öəməkdən yayınma, xüsusi razılıq (lisenziya) olmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla gəlir əldə etmə, əmək müqaviləsi olmadan işçi cəlb edilməsi, aksiz markasız məhsulların satışı, satış məqsədi ilə saxlama, idxal etmə, belə məhsulların nağd qaydada alqı-satqısı, saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə saxta aksiz markaları ilə markalama, saxlama və ya satma, vergi borcu və rusumların dövlət büdcəsinə ödənilmədiyi çıxarılmış məhkəmə qətnaməsini, qərardadını və yaxud qərarını qərəzli olaraq icra etməmə faktları üzrə cəmi 521 cinayət işi başlanıb.
"Report" bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, əvvəlki ildən qalmış işlər də nəzərə alınmaqla, cəmi 229 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. Onlardan 151 cinayət işinin icraatına xitam verilib, 87 nəfər barəsində ittiham elan edilməklə 78 cinayət işi məhkəməyə göndərilib, 6 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İcraatı tamamlanmış cinayət işləri üzrə əvvəlki illərin ödəmələri nəzərə alınmaqla dövlət büdcəsinə 27,3 milyon manat vəsaitin ödənilməsi təmin edilib.
9 ay ərzində ümumilikdə 30,7 milyon manat ziyanın ödətdirilməsi təmin olunub. Vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 12 nəfər şəxs tutularaq istintaqa təhvil verilib, ibtidai istintaqdan yayınan 614 nəfər dindirilməsi üçün məcburi gətirilib, 497 nəfərin tapılaraq istintaqa gəlməsinin təmin olunması və yerinin müəyyən edilməsi barədə məlumat verilib.
Hesabat dövründə müxttəlif fəaliyyət sahələri üzrə ayrı-ayrı vergi ödəyicilərində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması, əmək müqaviləsi olmadan işçi cəlb edilməsi və s. ilə bağlı ümumilikdə 464 nəzarət tədbiri həyata keçirilib.
Hesabat dövründə vergi borcu üzrə cinayət tərkibi yaradan və vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində dövlət büdcəsinə 22,3 milyon manat vəsait ödətdirilib.


Şərhlər
Hörmətli cənab Nazir ! Bir səhmdar kimi , üzv olduğum Şəki-Bazar ASC-də yaranmış vergidən yayınma ilə əlaqədar acınacaqlı vəziyyət haqqında məlumat verərək qarşısını almaq üçün sizlərdən köməklik istəyirəm. Şəki-Bazar ASC-nin səhm paçetinin 81,5 % -i Beynalxalq Bankın sabiq müdiri Cahangir Hacıyevin bacanağı Hidayət-zadə İsmayıl Tunuçinoviçin adınadır. 2001-ci ildən Bazar özəlləşməsinə baxmayaraq İsmayıl Hidayət-zadənin üzünü belə görməmişik.... 2012 - ci il tarixdən saxta protokol əsasında heç bir təhsili olmayan, dinlə məşğul olan mollanı ( Eldəniz Hacıağayevi) Bazar kimi strateji bir obyektə direktor vəzifəsinə, Baş mühasib vəzifəsinə isə" Çilingərliklə" məşğul olan Səmail Ramazanovu təyin etməklə Hər ay külli miqdarda məbləğin vergidən yayınmasına, səhmdarların hüquqlarının tapdalanmasına və dividentdən məhrum olunmasına start verilib ? Ümumiyyətlə Bazar kimi strateji bir obyektə, təhsilli adamı işə qəbul etməyirlər ? Bu səbəbli Şəki-Bazar ASC-də ildə ən azı 600,0 - 700,0 min manat vergidən yayınmasına baxmayaraq aidiyyatı orqanlar tərəfindən göz yumulur ??? Dəfələrlə rəsmi müraciət etməyimizə baxmayaraq,aidiyyatı qurumlar tərəfindən təhrif olunmuş cavab vermişlər... Gündəlik toplanılan pulların demək olar ki, 20 % hesaba daxil olmur, bu səbəbli səhmdarlar dividentdən məhrum olunmuşlar ? Əvvəllər qapı açıb- bağlayan Eldəniz Hacıağayev milyonçu olub, kolleqsiya maşınları və Villa sahibi olub…. ? Sizdən xahiş edirik Bazarda qanuni və ciddi qaydada kameral yoxlama aparılaraq Bazarın aylıq gəlirin müəyyən olunmasına köməklik göstərin..... Qeyd etmək istəyirəm ki, gündəlik yığılan xidmət pullarına qəbz təqdim etmədən yığılır və mənimsənilir ??? Odur ki, Bazarın müdiri Eldəniz Hacıağayevin qanunsuz əməllərinin qarşısının alınmasına köməklik göstərməyinizi Sizdən xahiş edirik..... Gündəlik toplanılan xidmət pullarına nəzarət olsa, ildə ən azı 150,0 min manat büdcəyə artıq verginin ödənilməsinə və səhmdarların hüquqlarının bərpa olunmasına gətirib çıxarar….….???