Menu

Deputat taksidə öldü - Baş prokurorun istefasını tələb edirmiş...

08.10.2021, 15:31
Deputat taksidə öldü - Baş prokurorun istefasını tələb edirmiş...

Ukraynalı deputat paytaxt Kiyevdə taksidə gedərkən özünü pis edib və dünyasını  dəyişib. Anton Polyakov vaxtilə ölkənin baş prokurorunun vəzifəsindən kənarlaşdırılması üçün çalışırdı.

Ukrayna polisinin oktyabrın 8-də  yaydığı məlumata görə, ölümün səbəbini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub.

Polis bildirir ki, Polyakov oktyabrın 8-də səhər taksidə özünü pis hiss edib. Yol-nəqliyyat qaydası pozuntusuna görə saxlanmış taksinin arxa oturacağında huşsuz vəziyyətdə aşkarlanıb. Təcili yardım çağırılıb və həkimlər onun öldüyünü müəyyənləşdiriblər.

33 yaşlı Polyakov 2019-cu ilin iyulunda hakim “Xalqın qulluqçusu” partiyasından parlamentə seçilib. O, həmin ilin noyabrında partiyadan çıxarılıb, qeyri-etik davrandığı bildirilib.

Ancaq Polyakov onda mətbuata demişdi ki, buna ovaxtkı prokuror Ruslan Ryaboşapkaya etimadsızlıq səsverməsi üçün imza toplamağa çağırması səbəb olub. O daha sonra parlamentdə müstəqil deputatlar qrupuna qoşulub.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol