Menu

Əfqanıstanda terror aktı törətmək istəyən 5 İŞİD silahlısı tutulub

08.10.2021, 20:04
Əfqanıstanda terror aktı törətmək istəyən 5 İŞİD silahlısı tutulub

Əfqanıstanda Xost əyalətində İŞİD-in 5 döyüşçüsü hücum hazırladıqları üçün saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə əyalət valisi Məhəmməd Nabi Öməri öz tviter səhifəsində məlumat verib.

Qeyd edək ki, sentyabrın 29-da Əfqanıstanın cənub-şərqindəki Xost əyalətindəki bir məsciddə partlayış baş verib, nəticədə bir nəfər ölüb, 14 nəfər yaralanıb. İŞİD silahlıları hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol