Həmsədrlər 7 və 8 oktyabr tarixlərində Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Gilles Karbonnier ilə məsləhətləşmələr aparıb.
APA xəbər verir ki, görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.
Bütün iştirakçılar beynəlxalq humanitar təşkilatların tam və maneəsiz işlərini icra etmələrinin vacibliyini qeyd ediblər.
BMT Baş Assambleyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında son konstruktiv görüş çəçivəsində həmsədrlər Azərbaycanın erməni hərbçisini azad etməsini alqışlayıb və mümkün deeskalasiya və humanitar tədbirləri, həmçinin məhbuslar, itkin düşmüş şəxslər, eləcə də bütün köçkünlərin könüllü olaraq geri qaytarılması barədə humanitar tədbirləri müzakirə ediblər.


Şərhlər
ATƏT müəllim.Sənin bu alqışının qarşılığında səni əliboş qoymuyf mən də 97 yaşında, gülü bürnunda, hələ də əli bir kişinin əlinə dəymiyən, qız qarımış Afət nənəmi sənə verdim getdi. Xeyirri, xiyarrı olsun. Adınız da kakraz bir birinə yaraşır: Atət və Afət. Amma nəbadə qızın xətrinə dəyərsən, ona güldən aglr söz deyərsən haaaa. Gəlif Ata Abdullayev bir şivən qoparrarm ki bütün Atət Paşinyanın gününə düşər. Həzrət AbdullahYANın təpəsi haqqı gəlif səni Afət, Afəti də Atət eləyərəm. Anladın də məni. Yəni qarışquruş eliyərəm sizi. Nədi o adına trans deyirsiz e onnan. Qızdan muğayat ol , ərköyün böyüyüf, gozun həmişə üstündə olsun... Haydı bir Vagzalı gəlsin......
Ayə məni tutun, qoymuyun ürəyim gedif yıxılım, ayıl- mayıl olum.. Ayə bu nə xöşvəhlikdi başımıza gəldi,. Deyir ATƏT bizi alqışlayıb. Özüdə imennı Kas pişik. Ayə söyündüyümnən vallah dəli olajam. Mənim bir qara pişiyin var. Dördayaqlıdan olanım elə bu qara pişikdi. Canım- ciyərimdii. Çox istəyirəm onu. Adı Obamadı. İndi adın dəyişib Kas pişik qoyacam. Qara Kas pişik. Necədi...P.S.: Bu ATƏT nə işə baxır? Tamada işləyir? Niyə soruşuram? Yəni elə baxıram ki ancaq tost deməklə məşğuldur. Onu alqışdıyır, bunu alqışdıyir. Özü bir yaralı barmağa ... yod sürdüyü olmuyub e ona görə deyirəm....