Menu

Futbol millimiz Sumqayıtda Finlandiyanı büdrətdi

09.10.2021, 00:10
Futbol millimiz Sumqayıtda Finlandiyanı büdrətdi

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması AVRO-2023-ün seçmə mərhələsində Finlandiya ilə qarşılaşıb. Oxu.Az xəbər verir ki, bu, Milan Obradoviçin yetirmələrinin ilk ev sınağı olub.

Bunadək səfərdə Xorvatiyaya 0:2, Avstriyaya 0:6 hesabı ilə uduzan yığma uğursuz seriyaya son qoyub.

Komandamız Sumqayıtdakı “Kapital Bank Arena”nı bir xalla tərk edib – 1:1. 66-cı dəqiqədə “Fulhem”in hücumçusu Teri Ablade qırmızı vərəqə alsa da, millimiz 9 dəqiqə sonra qapısında qol buraxıb. Bununla belə, U-21 millimizi Rauf Hüseynlinin 86-cı dəqiqədə vurduğu top məğlubiyyətdən xilas edib.

Qeyd edək yığmamız hazırda A qrupunda 1 xalla beşinci sıradadır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol