Menu

ABŞ Hərbi Hava Qüvvələrinin ən ölümcül texnikasının siyahısı açıqlanıb - FOTOLAR

09.10.2021, 18:19
ABŞ Hərbi Hava Qüvvələrinin ən ölümcül texnikasının siyahısı açıqlanıb - FOTOLAR

ABŞ Hərbi Hava Qüvvələrinin ən ölümcül silahlarının reytinqini təqdim edib.

"Report" xəbər verir ki, bu barədə "19fortyfive" portalı məlumat yayıb.

Siyahıda tez-tez "bütün bombaların anası" adlandırılan GBU-43/B MOAB yüksək partlayıcı bombası da var.

Məqalənin müəllifi, ABŞ ordusunun keçmiş zabiti Brent Eastvud Hərbi Hava Qüvvələrinin ixtiyarında on beş bu cür bombanın olduğunu iddia edir. Onlardan hər birinin çəkisi təxminən on tondur.

Siyahıda sonra "B-2" bombardmançısı gəlir. Təyyarənin bütün komponentləri, istehsal avadanlıqları və sınaq proqramları sıfırdan hazırlanıb.

Bununla yanaşı, siyahıda "Lockheed Martin F-35 Lightning II" və "F-22 Raptor" qırıcı təyyarələri da verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol