Menu

Tatarıstanda təyyarə qəzaya uğrayıb - 19 nəfər ölüb, 3 nəfər xəsarət alıb

10.10.2021, 11:45
Tatarıstanda təyyarə qəzaya uğrayıb - 19 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Tatarıstanda aerokluba məxsus təyyarənin qəzaya uğraması nəticəsində 19 nəfər ölüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Tatarıstanın Menzelinsk rayonunda baş verib. Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Təyyarədəkilər paraşütçülər olub.

Yerli vaxtla saat 09.11-də qəzaya uğrayan “L-410” tipli təyyarənin göyərtəsində 20 nəfər olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol