Suriyanın Azez bölgəsində PKK/PYD terrorçuları Türkiyə hərbi polisinə hücum edib. “Report” xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə “Fərat qalxanı” əməliyyat zonasında baş verib. Hücum zamanı 1 xüsusi təyinatlı türk polis həlak olub, daha 3 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır.


Şərhlər