Menu

Türkiyə Müdafiə Nazirliyi “Eternity-2021” təlimindən paylaşım edib - VİDEO

11.10.2021, 00:43
Türkiyə Müdafiə Nazirliyi “Eternity-2021” təlimindən paylaşım edib - VİDEO

Gürcüstan, Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə Tbilisidə keçirilən "Eternity-2021" hərbi təlimi başa çatıb. Bu barədə Türkiyə Müdafiə Nazirliyinin “Twitter” səhifəsində paylaşım edilib.

Bildirilib ki, oktyabrın 4-də başlayan hərbi təlimlərlə bağlı oktyabrın 8-də bağlanış mərasimi baş tutub.

Qeyd edək ki, Gürcüstanın Müdafiə Nazirliyinin məlumatına görə, builki təlimdə hər üç ölkədən ümumilikdə 200-dən çox hərbçi iştirak edib. Bu il ilk dəfə olaraq Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Strateji Boru Kəmərlərinin Mühafizəsi Departamentinin sürətli reaksiya bölmələri də hərbi təlimlərdə iştirak ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol