Menu

Arif Babayevin vəziyyəti ağırlaşıb, xəstəxanaya yerləşdirilib

11.10.2021, 14:49
Arif Babayevin vəziyyəti ağırlaşıb, xəstəxanaya yerləşdirilib

Azərbaycanın məşhur xanəndəsi, Xalq artisti Arif Babayevin səhhətində problemlər yaranıb.

Bu barədə "Report"a Xalq artistinin yaxınları məlumat veriblər.

A.Babayev Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib: "Beyin sistemi ilə əlaqədar problemləri var idi. Müalicədən sonra yaxşılaşmışdı. Həmin problemlər səhhətində yenidən narahatlıq yaratdı, bir saat əvvəl xəstəxanaya yerləşdirmişik. Müalicəsi davam edir, həkimlər onun vəziyyətini sabit qiymətləndirir".

Xatırladaq ki, Arif Babayev bir neçə ay öncə Türkiyədə müalicə alıb.

Şərhlər

Nureddin 2021-10-11 19:39:03

Allah komek olsun.Inshallah.

Səbuhi 2021-10-11 17:39:20

ALLAH ARİF MÜƏLLİMİ BİZƏ ÇOX GÖRMƏSİN. ARİF MÜƏLLİM SƏN SƏHNƏMİZİN YARAŞIĞISAN.

Eli 2021-10-11 17:05:54

Allah kömeyi olsun Azerbaycanın Böyük Senetkarına,Canlı Korifeyine.Amin!!!

Mirzə AĞ 2021-10-11 15:48:03

Yastığı yünül olsun!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol