DİZAX, YOXSA AĞOĞLAN?

İlhami Cəfərsoy

1923-cü ilə ermənilər Hadrut adını düşünüb uydurana qədər Qarabağın beş mahalında biri Dizax adlanırdı. Ağoğlan kəndinin və məbədinin biri həmin mahalda yerləşirdi.

Həm Ağoğlan, həm Dizax yaşayış məskənləri min kilometrlərlə uzanan geniş Avrasiya torpaqlarında xristianlıqdan qabaq mövcud idi. Həmin tarixi adların hansının Hadrut şəhərinə qaytarılması məqsəduyğundur?

Fikrimizcə, Dizax adının bərpası daha yaxşı olardı. Çünki Ağoğlan kəndi, çayı və kilsəsi Laçında da vardır. Dizax isə yalnız bir məhəllə adı kimi Oğuz şəhərində qalmışdır.

Ermənilər şifahi nitqdə Hadrut adını Hədrüt kimi tələffüz edirlər. Onların düşüncəsinə görə Hadrüt fars dilindəki həddi du rud, yəni iki çayın arası deməkdir.

Düzdür, Hadrut qəsəbəsi iki kiçik çayın arasında yerləşir. Ancaq arada Həddi du rud adlı yaşayış məskəni olmamışdır. Ermənilər o adı özlərindən uydurublar. Azərbaycan Respublikasının 1922-ci ildən 1979-cu ilə qədər tərtib olunan inzibati-ərazi bölgülərində göstərilir ki, Hadrut şəhərinin əvvəlki adı Dizax olmuşdur.

Mirzə Camal yazır ki, Dizax Qarabağın beş məlikliyindən biridir. Bəzən də Tuğ və Dizax məliklərinin adı birlikdə çəkilir. Bu məlumat onu göztərir ki, məlikliyin başında bəzən Tuğ, bəzən Dizax nəsilləri durmuşdur.

Maraqlıdır ki, Özbəkistanın bir vilayəti Dizax adlanırdı (Географический атлас. Москва 1965, səh.200). İndi həmin vilayətin adını Çızak kimi yazırlar.

Dizaxlar haqqında ilkin bilgilərdən biri eradan əvvəl 8-ci əsrə aid Assur mixi yazılarındadır. Assuriya hökmdarı III Tiqlatpalasar (e.ö. 745-e.ö.727) Elamın Şuşa şəhəri yaxınlığından keçib, bit-Tizaki ölkəsini tutmuşdu (Дьяконов И.М. Первобытно-общинный строй на территории Мидии. Труды Института истории и филосафии. Москва, 1954. səh.46). Bit-Tizaki Dizak nəslinin yurdu deməkdir.

Əhəmənilər eradan əvvəl 7-ci əsrdə Elamı işğal edəndə dizaxlar şimala qovuldular. Qafqaz dağlarının ətəklərinə çəkildilər. Nizami Gəncəvinin zamanında onların bir nəsli özünü Dizaknak adlandırır və Albaniya ilə İveriya arasında yaşayırdı.

Dizaxların bir hissəsi özlərini Tizaxçı adlandırır, Şuşa və Cavanşir qəzalarında yaşayırdı. Onlar hərbi-siyasi şəraitə uyğun olaraq yuzillər boyu dəfələrlə dinlərini dəyişmiş, gah xristian, gah müsəlman olmuşdular.

Əhməd bəy Cavanşir yazır ki, tuğlularla dizaxlılar Pənah xana məğlub oldular və İslam dinini qəbul etdilər. Dizaxlılar və tuğlulaların bir hissəsi ruslar gələndən sonra yenidən xristianlığa keçdilər. Nəticədə Qarabağdakı dizaxlılar tədricən erməniləşdilər, İveriyadakı dizaxlılar gürcüləşdilər.

Platon İoseliani yazır ki, gürcülərin Dizaknak Oreli adlı şairi olmuşdur. Qurucu Davidin (1084-1125) zamanında yaşamış Dizaknak Oreli gürcülərin ilk dünyəvi şairi sayılır (Платон İоселани. Описание города Душета. Тифлис, 1860. s.65).

Əslində isə gürcülərin Duşeti dedikləri yer Albaniyanın Toz mahalı idi. Onların bir hissəsi xristianlıqdan dönməmiş, İveriyanın dağlıq bölgələrinə çəkilmişdi.

Platon İoseliani yazır ki, Dizaknakın şeirləri bizə gəlib çatmamışdır. Ona görə gəlib çatmamışdır ki, o şeirlər məhv edilmişdir. Qurucu Davidin ölümünə 4 il qalmış, 1121-ci ildə katolikos I Antoninin əmrilə Gürcüstanın çoxlu qəbilə-tayfa dillərində yazılmış əsərləri Kür çayına atdılar (Вермишиев Х.А. Материалы для истории грузино-армянских отношений. Санкт-Петербург, 1904. s.89).

İlya Çavçavadze “Erməni alimləri və ağlayan qayalar” kitabında yazır ki, ermənilər gürcülərin yazılı abidələrini məhv ediblər. Ona cavab olaraq Xristafor Vermişev yazır ki, 1117-ci ilə İudeya əsilli baqrationlar Tiflisi tutana qədər İveriyada gürcülər yaşamırdılar. Tiflisdən Bərdəyə qədər Kür çayı boyunca albanlar və türklər yaşayırdılar. Biz albanların və türklərin yazılı abidlərini məhv etmişik.

Şair Dizaknak Orelinin şeirləri ona görə bizə gəlib çatmamışdır ki, ya ermənilər onu yandırmış, ya da gürcülər əlyazmalarını Kür çayına atmışlar. Çox ehtiamal ki, Nizami Gəncəvi Dizaxlı şairin şeirləri ilə tanış idi.

Biz Dizaxla yanaşı Ağoğlan, Ağqız tarixi adlarını da bərpa etməliyik. İlk növbədə o kilsələri əvvəlki görkəminə qaytarmalıyıq.

Ağoğlan İsa məsihin, Ağqız bakirə Məryəmin türk adlarıdır. Uyğurlar, yakutlar, tuvalar son zamanlara qədər inanırdılar ki, ağoğlanlar anadan olmurlar, ağqızların göbəyindən çıxırlar.

Tuvaların törəyiş əfsanəsinə görə Ağoğlan anadan olanda ağac koğuşundan çəxan Ağ Ana onu əmizdirir, əlinə od, su, dəmir verir.

Babalarımız silahlarını dəmiri ocaqda qızıdırıb suya salmaqla hazırlayırdılar. Körpə oğlan uşaqlarının əlinə od, su, dəmir vermək o deməkdir ki, böyüyəndə silahlı əsgər olacaqsan, olkələr fəth edəcəksən.

Ağoğlan və Ağqız nəsilləri Baykal gölündən Aralıq dənizinə qədər 10 min kilometrlərlə uzanan ərazilərə yayılmışdır. Onların çoxu İslam dininə iman gətirmiş, türk və müsəlman olaraq qalmışdır. Orta yüzil mənbələrində onlar Ağoğlan, Ağoğlu, Qızoğlu adları ilə təqdim olunur.

Ağoğlu nəsillərindən biri Xuzistanda, biri Xorasanda qaşqaylar arasında yaşayırdı. Xorasanda yurd salan ağoğlanlardan görkəmli elm və din xadimləri çıxmışdır.

Ermənilər Ağoğlan kilsələrini Amaras adlandırırlar. Yevrey əsilli Azərbaycan alimi Zelik Yampolski yazır ki, Ağoğlan kilsə adları Amarasdan qədimdir. Maraqlıdır ki, heç kilsələrin Amaras adı da ermənicə deyildir.

Amar Ön Asiyanın çox qədim oğlan kultlarından biridir. –as yunan dilində orta cinsin adlıq hal şəkilçidir. Amar, yəni əmər Ön Asiyanın bəzi qədim iltisaqi dillərində südəmər körpələrə deyilir.

Ermənilər Ağqız kilsələrini Axçinik adlandırırlar. Axçik, axçinik prototürk leksikamızın qiymətli nümunələridir. İ.İ.Şopen hələ 1866-ci ildə “Qafqaz və onun qədim sakinləri haqqında yeni bilgilər” kitabında yazırdı ki, qrabar mətnlərindəki aq, eq sözləri türk sözləridir. Aq, eq bir sıra türk dillərində anaya və ümumiyyətlə dişi cinsinə deyilir.

İstər qrabardakı, istər aşxarabardakı axçik, eqcik sözü türk mənşəlidir. Eqçik kiçik ana, anacığaz deməkdir, -cik türk dillərindəki kiçiltmə şəkilçisidir.

Yaxşı olar ki, Van gölü vadisindəki Axçinik kilsəsi Türkiyənin Mədəniyyət Nazirliyi tərəfindən qeydiyyata alınsın. Bərpa olunub əvvəlki görkəminə qaytarılsın.

Ağqız nəslinin bir qolu İslam dinini qəbul etmiş, son zamanlara qədər türk və müsəlman olaraq qalmışdır. Molla Pənah Vaqifin Ağqız nəslindən Piri adlı dostu var idi.

Quşçu Namazəli fərağındadır,

Ağqız oğlu Piri sorağındadır.

Biz şəhərlərimizin, kəndlərimizin tarixi adlarını özünə qaytarmalıyıq. Ancaq tələsmək olmaz. Elə şəhər adları var ki, üç min, dörd min, hətta altı min yaşı var. Hər bir şəhər, kənd adı ciddi müzakirə olunmalı, sonra dəyişdirilməlidir. 

635x100

Şərhlər

Ali 2021-10-23 23:36:06

Hörmətli mübariz bəy! Türklərin qədim əlifbası dünyaya məlumdur- Orxon Yenisey əlifbası!. Bir də əgər ərəblər ərazimizi istila etməsəydilər və yerli yazılı mənbələri yandırmasaydılar və o dövrün savadlı insanları olan kahinləri, din adamlarını öldürməsəydilər həm Cənubi Azərbaycanda və Şimali Azərbaycanda-Qafqaz Albaniyasında yerli əlifba və yazı var idi. Neləyək ki, ermənilər və gürcülər kimi dağda yox əsasən düzənlikdə yaşamışıq, yadellilər torpağımızı asan işgal ediblər və qədim mədəniyyətimizi qoruya bilməmişik.

Ali 2021-10-21 21:29:21

İlhami bəyin yazısına dair bir sıra qeydlər. 1. Ağqız adının Məryəm ananın, Ağoğlanın isə İsa peygəmbərin türkcə adı olması barədə. Qədim türklərin, Tuvaların törəyiş əfsanəsinə Ağoğlan –İsa peygəmbər haqqında dini əsatir 10 min kilometr Şərqə, min illər əvvələ necə gedib çata bilərdi ki, İsa peygəmbərin ideyaları, xristianlıq ancaq bizim eranın ilk əsrlərindən baçlayaraq yavaş-yavaş ətraf ərazilərə yayılmağa başlamışdı? Deməli, qədim türk mifologiyalarında bu adların meydana çıxmasının İsa peyğəmbərlə əlaqəsi yoxdur. Bu İlhami bəyə mənsub təfəkkür tərzidir. Yəni təki söz uyğunluğu olsun, Daha arada böyük zaman və məkan fərqi olması onun tətrəfindən qətiyyən nəzərə alınmır. Təki zahiri oxşarlıq olsun. Bu, bəyin əvvəlki məqalələrində də belə səhv müddəalara rəst gəlmək olar. 2. Elamda yaşayan dizaqlar etnik-linqvistik baxımdan hansı qrupa mənsub idi? 3. Niyə belə versiya nəzərə alınmasın ki, Qarabağdakı Dizax ilə Elamda yaşayan dizaxların ad oxşarlığı sadəcə bir təsadüfdür və Dizax bizim babalarımızın-qədim yerli etnosların yaratdığlı toponimdir? Çünki ölkəmizin ərazisində qədim alban-udin dilində və ona qohum dillərdə yaradılmış ax, ux, ıx, ix ilə bitən toponimlər bəs qədərdir. Samux, Muxax, Şurnux, Qax, Yevlax və s. Hətta bu qrupdan olan Artsax qədim albanlardan qalma toponimdir və udin dilində “ovlaq”, yəni “ov yeri” deməkdir. Bu sonluq erməni dili üçün qətiyyən səciyyəvi deyil. Yeri gəmişkən, mənim bu qeydimi oxuyanlardan xahiş edirəm ki, Artsax kəlməsinin ermənilərıə deyil, bizim əcdadlarımıza mənsub olmasını oz tanışlıqları vasitəsi ilə geniş yaysınlar ki, millətimiz bu toponimin ermənilərə yox, bizə mənsub olduğunu bilsin! Qarabağ- Artsax bizimdir!!!

Niyaməddin 2021-10-13 00:29:28

Türkləri sevməyənlər ölsün, türklər boyda daş düşsün təpələrinə!

t.ədalət 2021-10-12 09:57:00

Şairlərin və yazıçıların adına verilmiş şəhər və qəsəbələrimizi tarixi adlarına qovuşdurmalıyıq.Şair və yaszıçılar sərkərdə deyillər ki,onların adına güvənək.

Mubariz 2021-10-12 09:28:49

Dunyada qalaktikada ne gorurler deyirler tukdur.Bes onda hec bir elifba azindan duzeldeydiz.

Son yazılar