Menu

Britaniyada daha iki energetika şirkəti iflas etdi

14.10.2021, 09:56
Britaniyada daha iki energetika şirkəti iflas etdi

Britaniyada "Pure Planet" və "Colorado Energy" energetika şirkətləri qazın qiymətinin artması fonunda iflas etdi.

Trend Ren.tv -yə istinadən xəbər verir ki, sentyabrın əvvəlindən müflis olan şirkətlərin sayı 11-ə çatıb.

İflas edən iki şirkət ümumilikdə 250 minə yaxın müştəriyə xidmət göstərib.

"Hökumət və [İngilis elektrik bazarının tənzimləyicisi] Ofgem "Pure Planet"dən müştəriləri cari satınalma qiymətlərindən xeyli aşağı qiymətlərlə enerji ilə təmin etməsini istəyib", - şirkət nümayəndələri deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol