Menu

ORDUMUZUN VƏTƏN MÜHARİBƏSİNDƏKİ UNİKAL TAKTİKASININ DETALLARI - VİDEO

14.10.2021, 10:57
ORDUMUZUN VƏTƏN MÜHARİBƏSİNDƏKİ UNİKAL TAKTİKASININ DETALLARI - VİDEO

44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan pilotsuz "An-2" təyyarələrindən Ermənistanın hava hücumundan müdafiə sistemlərinin mövqelərini aşkarlamaq üçün aktiv şəkildə istifadə edib.

Bu barədə Azərbaycan ordusunun yüksəkrütbəli hərbi qulluqçuları İTV-yə danışıblar.

Döyüş əməliyyatlarının gedişində Ermənistan Müdafiə Nazirliyi elə başa düşüb ki, hər gün Azərbaycan ordusunun qırıcı-bombardmançılarını vuraraq sıradan çıxarır. Lakin daha sonra üzə çıxıb ki, Ermənistanın hava hücumundan müdafiə sistemləri Azərbaycanın pilotsuz "An-2" təyyarələrini vurur və nəticədə öz mövqelərini üzə çıxarmış olub.

Məhz bu unikal fənd sayəsində Azərbaycan Ordusu düşmənin hava hücumundan müdafiə sistemini məhv etməyi bacarıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol