“Aeroport yolunun hər kvadrat metri nəzarət altındadır...” - Ekspert

"Dünən səhər saatlarında 5 nəfərin ölümü, 17 nəfərin yaralanması ilə nəticələnən ağır qəzanın baş verdiyi Aeroport yolunun hər kvadrat metri nəzarət altındadır. Bu yola nəzarət sistemi elə qurulub ki, nəzarətsiz quş da uça bilməz". 

"AzPolitika.info" xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Ekspertin sözlərinə görə, bu yol Prezidentin hərəkət trayektoriyasına aid olduğundan ən azı bir neçə hüquq-mühafizə qurumunun, DTX-nın, XDMX-nin, həmçinin də BNA-nın (Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin) video kameralarının nəzarəti altındadır: "Sistem elə qurulub ki, ən azı bir neçə qurumdakı mərkəzdən real vaxtda bu yolun hər kvadrat metrinə nəzarət mümkündür. Qəzanın olduğu yerdə piyada keçidi və dayanacaq olduğundan güman etmək olar ki, burada müşahidə kameraları daha sıx yerləşdirilib".

Ekspert xatırladıb ki, hələlik yalnız DİN özünə məxsus kameralarla qeydə alınan qəzanın videogörüntülərini yayıb. "Bu görüntülər qəzanın səbəbləri ilə bağlı sosial mediada dünəndən müzakirə olunan suallara yetərincə aydınlıq gətirə bilməyib. Düşünürəm ki, BNA və digər qurumlarda olan video görüntülər qəzanın əsl səbəbləri haqqında daha aydın təsəvvür yarada bilərdi", - O.Gündüz vurğulayıb.

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar