"Kommunal limitləri də müzakirə edəcəyik" - "Limit çox azdır..."

Bildiyimiz kimi, komunaldan limitlə istifadə olunur. Artıq havalar soyumağa başlayıb və qışa çox az vaxt qalıb. İnsanlar isə qış gəlmədən artıq işığın limitinin bitməsindən haqlı olaraq narazıdırlar.

Məsələ ilə bağlı Sonxeber.az-a deputat Vahid Əhmədov açıqlama verib.

O bildirib ki, bu məsələ mütləq müzakirə obyektinə çevrilməlidir: "Bununla bağlı hazırda bir söz demək çox çətindir. Çünki bu məsələ müzakirə olunmayıb, mən də bu məsələ ilə bağlı fikir bildirməmişəm.

Ola bilər ki, müəyyən qurumlarla danışmağa ehtiyac var. Mən bu fikirlə razıyam. Çünki artıq qarşıdan qış gəlir və o limit kifayət qədər çox deyil.
İnsanların büdcəsi üçün bu, çox ziyandır. Əlbəttə ki, ehtiyac varsa, o limitə baxılmalıdır. Amma nəzərinizə çatdırım ki, biz 2022-ci ilin dövlət büdcəsini müzakirə edəcəyik. Orada sosial paket çox güclüdür. Lakin o paketdə nəyin olub-olmamasından xəbərdar deyiləm. Çox güman ki. müzakirələrdə bu məsələlərə biz toxunacağıq.

Ümümiyyətlə, limitin aşağı olduğu barədə fikirlərlə razıyam. Çünki qış aylarında əksər evlərdə kifayət qədər kombi istifadə olunduğu üçün o limit çox azdır. Kombilər kifayət qədər enerji sərf etdiyinə görə verilən limitin öhdəsindən heç bir ailə gələ bilməz".

635x100

Şərhlər

Millət 2021-10-15 00:58:42

Limit Azərbaycadna tətbiq etmək düz deyil

Said 2021-10-15 00:10:33

Havalar isti olanda limiti bir təhər saxlayırıq, soyuqlar düşəndə limiti saxlamaq mümkün deyil. Limit ləğv olunmalıdır.

t.ədalət 2021-10-14 21:46:09

Suyun qiyməti çox bahadır. 4 nəfərlik ailə ay ərzində 24 manatdan 40 manata qədər su pulu ödəyir.Bu qədər pulun keyfiyyətsiz su üçün ödənilməsi əhali üçün çox böyük xərcdir.Fetoçu keçmiş müdirin suyun qiymətini artırması qəbuledilən ola bilməz.Bu məsələnin də parlamentdə müzakirəsi olmalıdır.

Son yazılar