Menu

"Rusiya sülhməramlıları əldə olunmuş barışığın təminatçısıdır" - Putin

15.10.2021, 14:39
"Rusiya sülhməramlıları əldə olunmuş barışığın təminatçısıdır" - Putin

"Rusiya sülhməramlı kontingenti əldə olunmuş barışığın qarantıdır".

“Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasından çıxışı zamanı bildirib.

“Rusiyanın fəal köməyi ilə münaqişəni (Qarabağ münaqişəsini –red) dayandırmaq mümkün oldu. Rusiya sülhməramlıları isə əldə olunmuş barışığın təminatçısıdır. Bizim köməyimizlə humanitar yüklərin daşınması, ərazilərin minalardan təmizlənməsi həyata keçirilir. Həyat təminatı sistemi bərpa olunur”, - o deyib.

Onun sözlərinə görə, bütün bunlar bir daha “müharibənin xeyrindənsə, sülhün ziyanı yaxşıdır” deyimini bir daha təsdiq edir: "MDB-nin əsas rolu isə sülh şəraitində əməkdaşlıq üçün şəraitin yaradılmasından ibarətdir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol