Menu

Körpələrin ölümünə səbəb olan əsas xəstəliklər açıqlanıb

15.10.2021, 15:55
Körpələrin ölümünə səbəb olan əsas xəstəliklər açıqlanıb

“Ən çox ağırlaşma və ölüm halları məhz yenidoğulma dövründə qeydə alınır”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rahimov deyib.

O qeyd edib ki, həmin müddət körpələrdə daha çox tənəffüs və ürək problemləri müşahidə olunur: “Bir körpə nəfəsalmada çətinlik yaşayırsa, bu, tənəffüs probleminin əlaməti ola bilər. Yenidoğulma zamanı sarılıq problemləri də müşahidə olunur. Qıcolma, göyərmə və sidiyə çıxmaması təhlükə mənbəyidir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol