Menu

Bu rayonlarda qaz olmayacaq

27.10.2014, 14:12
Bu rayonlarda qaz olmayacaq

 Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün saat 14:00-dək Xətai, saat 13:00-dan 15:00-dək Xızı, saat 16:00-dan 18:00-dək Bərdə rayonlarının bir hissəsinə, həmçinin bu gündən başlayaraq 28 oktyabr 2014-cü il tarixədək Zaqatala və Balakən rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilələrin yaranması qaz nəqli sistemində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol