ŞƏHİD POLKOVNİK - LEYTENANTIN ANIM GÜNÜDÜR - FOTOLAR + VİDEO

Vətən Müharibəsi şəhidi polkovnik-leytenant Ramaldanov Babək Meyvəddin oğlunun anım günü qeyd olunub. Xətai rayonunda Vətən Müharibəsi şəhidi polkovnik-leytenant Ramaldanov Babək Meyvəddin oğlunun Kazımağa Kərimov küçəsindəki xatirə lövhəsinin qarşısında anım tədbiri keçirilib və II Fəxri Xiyabanda məzarı ziyarət olunub.

Tədbirdə Müdafiə Nazirliyinin, Xətai Rayon İcra Hakimiyyətinin təmsilçiləri rayon ictimaiyyətinin nümayəndələri, döyüş yoldaşları, məktəblilər Samux rayonunda ləzgi icmasının nümayəndələri, şəhidin ailə üzvləri iştirak ediblər. Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidimizin ruhuna dualar oxunub, məzarı üzərinə əklil və tər güllər düzülüb.

Mərasimdə çıxış edənlər bildiriblər ki, Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi.

Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızın hərbi döyüşlərlə azad edilməsi oldu. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Bu qələbəni bizlərə yaşadan şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacaq.

Eləcə də vurğulandı ki, Azərbaycan Ordusunun 44 gün davam edən hərbi əməliyyatlar zamanı işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. Sonra şagirdlərin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar