"Sabah"ın hücumçusu "Qarabağ"ın qolkiperini vurduğu üçün meydandan qovulub

"Sabah" klubu evdə "Qarabağ"a qarşı keçirdiyi Azərbaycan Premyer Liqasının VII tur oyununda azlıqda qalıb"Report"un məlumatına görə, 27-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Xulio Sezar Rodriges qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Paraqvaylı hücumçu ayağı ilə Ağdam təmsilçisinin qapıçısı Şahruddin Məhəmmədəliyevə zərbə endirdiyi üçün meydandan qovulub.

Qeyd edək ki, hazırda matçda ilk hissə oynanılır və hesab açılmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar