“ABŞ Gürcüstana müdafiə qabiliyyətini artırmağa dəstək verməyə qərarlıdır” - Pentagon rəhbəri

ABŞ-ın müdafiə naziri Lloyd Austin Gürcüstana səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə o, tvitter hesabında yazıb.

“ABŞ Gürcüstana müdafiə qabiliyyətini artırmağa və avroatlantik intqrasiyasına dəstək verməyə qərarlıdır. Burada görüşlərimi səbirsizliklə gözləyirəm”, - o qeyd edib.

L.Austin səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və müdafiə naziri Cuanşer Burçuladze ilə görüşəcək. Tərəflər ABŞ-Gürcüstan əməkdaşlığı, qlobal təhlükəsizlik və regional məsələləri müzakirə edəcəklər.

Qeyd edək ki, Pentaqon rəhbəri Gürcüstandan sonra Ukraynaya səfərə yollanacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar