AMEA-da ŞÜBHƏLİ TENDER - 2 gün əvvəl yaradılan MMC 40 min manatlıq işi udub

 Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sentyabr ayının 3-də 40 000 manat dəyərində tender müsabiqəsi elan edib. Qalib şirkət avqust ayının 31-də dövlət qeydiyyatına alınan "MORGAN-AZ2021" MMC olub.

Dövlət Vergi Xidmətinin məlumat bazasında yerləşdirilən məlumata görə, adıçəkilən MMC-nin təsisçisi Əliyev Mövlud Tərxan oğludur, 10 manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı isə Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi (Yeni Günəşli qəsəbəsi), ev 153, mənzil 40 göstərilib. Həmin ünvanda qısa müddət ərzində bənzər adlarla 75 MMC yaradılıb. 

“Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə görə tenderdə iştirak üçün təcrübə lazımdır. Amma sözügedən MMC-nin təsis edildikdən cəmi 2 gün sonra tenderdə iştirakı və qalib elan olunması qaranlıq mətləblərdən xəbər verir.

"AzPolitika.info"

635x100

Şərhlər

Əliəddin 2021-10-20 00:06:43

ölkə ictimaiyyəti ilə paylaşsalar, kimsəni təəccübləndirməzlər. Son dərəcə aktual mövzuları bir tərəfə buraxıb, görməməzlikdən gəlib Akademiyanın pezidentini hədəf almaq əxlaq və insanlıq dışı bir yanaşmadır.

Əliəddin 2021-10-19 15:29:32

AMEA ilə bağlı belə gülünc məlumatlara rast gələndə belə jurnalistlərin bir insana qarşı bu qədər pataloji nifrətlərinin haradan qaynaqladığını anlamaqda zorluq çəkirsən. Sanki hər yer gül-gülüstanlıqdır, bircə bu AMEA bataqlıqda çabalayır. Yaxşı ki, basında tez-tez səsləndirilən üçüncü dünya müharibəsinin də Ramiz Mehdiyev tərəfindən planlaşdırıldığını iddia etmirsiniz. İnanın ki, bu haqda da Zəka nəhəngi jurnalistlərinizdən biri hipotertik sayıqlamalarını

Son yazılar