Menu

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvlərinin sayı 6-dan 4-ə endirilib

19.10.2021, 15:43
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvlərinin sayı 6-dan 4-ə endirilib

“Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında dəyişiklik edilib.

"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvlərinin sayı 6-dan 4-ə endirilib. Agentliyin İcraçı direktorunun müavinlərinin sayı isə 2-dən 1-ə endirilib.

Agentliyə qurumun strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqi ilə bağlı yeni səlahiyyət verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol