QİYAMƏTƏ QALMAYAN QİSAS: Xocalıda qətliam törədən polkovnikin məhvi - FOTO

2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gün davam Vətən müharibəsi ilə Azərbaycan torpaqlarının işğalına son qoyuldu, müharibə xalqımızın yaddaşında ədəbi qalacaq bir çox erməni vəhşiliklərinin qisasının alınması, əliqanlı qatillərdən hesab sorulması ilə nəticələndi.

Azərbaycanın Müzəffər ordusu Xocalı, Qaradağlı, Ballıqaya, Ağdaban, Başlıbel kimi faciələrinin qisasını qiyamətə qoymadı.

Ordumuzun qisas zərbəsi illər əvvəl Xocalıda dinc sakinlərə divan tutduğu, erməni vəhşiliyinin rəmzinə çevrildiyi üçün öz xalqı arasında “qəhrəman” elan edilən əliqanlı qatil Rüstəm Qasparyandan da yan keçmədi.

Ötən il bugünlərdə - əvvəlcə oktyabrın 16-da yayılan xəbərlərdə əvvəlcə polkovnik rütbəsi daşıyan bu caninin oğlunun (Roma Qasparyanın) öldürüldüyü, özünün ağır yaralı olduğu açıqlandı. Sonrakı günlərdə isə erməni mediası Rüstəm Qasparyanın da məhv edildiyini etiraf etdi.

635x100

Şərhlər

Niyaməddin 2021-10-19 21:36:08

rusiyadan, irandan, ermənistandan alacağımız çox qisaslar var.

t.ədalət 2021-10-19 19:11:19

Azərbaycanlılara qarşı bütün qətl və qətliamların törədicisi Rusiyadır.Biz,həqiqəti görə-görə susuruq...

B.Qarabağlı 2021-10-19 17:30:03

Allaha şükür ki, hələlik (Ramil S. istisna olmaqla) heç bir azəri-türk millətçi qatil-qisasçı olmayıb və yoxdur. Jurnalistlərimiz ya terminləri bilmir, ya ana dilini öyrənməyib, ya da şou naminə azəri-türk xalqını ləkələyirlər? Erməni millətçiləri türkləri məhv edib ərazilərində yekə Haystan qurmaq iddiasındadırlar. Buna qarşı qisas olsaydı, dünyada erməni qalmazdı? 44 günlük müharibə 30 il gecikmiş yalnız MÜQƏDDƏS ədalətli yarımçıq da olsa AZADLIQ müdafiəsi idi! Bu isə hər iki tərəfdən canlı itkisiz mümkün olmadı?

Son yazılar