İRANDA "SEPAH"ın QƏRARGAHLARINDAN BİRİNƏ HÜCUM EDİLDİ - Ordu komandanı öldürüldü

İranın "Mərkəzi" vilayətində yerləşən Xomeyn şəhərində azadlıq tərəfdarı olan bir qrup gənc "Sepah"ın Aerokosmik Qüvvələrinin bu şəhərin ətrafında yerləşən qərargahlarından birinə hücum edib.

Milli.Az bildirir ki, onlar bir neçə saatlıq qərargahı nəzarətdə saxlamağa, eləcə də çoxlu sayda silah və digər döyüş vasitələrini qənimət götürməyə nail olublar.

Bir neçə saat sonra isə həmin qərargah, yəni "Ruhullah Sepahı" yaydığı rəsmi məlumatda hadisəni təsdiq edib və qərargahın komandanı Mehdi Mükərrəminin baş vermiş atışmada öldürüldüyünü bildirib.

Məlumata əsasən, bir qrup silahlı şəxs Xomeyn şəhəri ətrafında yerləşən "Sepah" qərargahlarından birinin silah deposuna hücum edib. Nəticədə tərəflər arasında atışma baş verib və həmin əsnada qərargahın komandanı Mehdi Mükərrəmi güllə yarası alaraq ölüb.

635x100

Şərhlər

Seyid Ənhu 2021-10-21 20:13:44

NİYAMƏDDİN BƏY, AXIRINCI CÜMLƏDƏ YAZDIĞIN " SÖKƏ-SÖKƏ" İFAGƏSİNDƏKİ "Ö" HƏRFİNİ ....MÜƏLLİF HÜQUQLARINIZA TOXUNMUR Kİ?

Niyaməddin 2021-10-19 21:57:13

Şirə baxın ay qardaşlar! Hələ bizə deyirdi ki, quyruğumla oynamayın. Pişikdən qorxub qaçan şir görməmişdik, onu da gördük. Çaqqalın, kaftarın quyruğu olar sizin quyruğunuz, ay ...mollalar! Nəşəni çəkib səksən səkkiz yazırsınız ay sizi görüm lənətə gələsiniz. ....İran torpaqları başdan ayağa Azərbaycanımıza aiddir. Bizim olanı isə inşə Allah sökə-sökə, söyə-söyə, döyə-döyə alacağıq!

Qulu 2021-10-19 17:29:08

Hərbi təlimlərdə ( hələ döyüş şəraitində demirəm ha) atdığı güllə, raket qayıdıb özlərini qırır. Oturduğu qərərgahı uşaq- muşaqdan qoruya bilmir və atışmada əsgəri komandiri qabaga verib gizlənir. Budu İranın dörd bir ətrafına SEPAH deyib xox gəldikləri ordusu? Bunlar ermənidən betər boş boş blef edənmişlər ki.... Pah psj SEPAH

Vahid 2021-10-19 17:21:14

Budurmu İranın qüruru və hər zaman hər kəlməsindən gözə soxmaq istədiyi SEPAH? Psj bunlar beş on əliyalın önündə heç öz salvarlarını qoruya bilmir bəs İranı necə qoruyacaqlar. Görəsən heç utanıb ölmürlər ki? Çətin.. Molla ki molla.

Son yazılar