Menu

ABŞ-da sərnişin təyyarəsi havaya qalxarkən qəzaya uğrayaraq alovlanıb - VİDEO

19.10.2021, 21:35
ABŞ-da sərnişin təyyarəsi havaya qalxarkən qəzaya uğrayaraq alovlanıb - VİDEO

ABŞ-ın Texas ştatında “McDonnell Douglas DC-9-87” markalı sərnişin təyyarəsi havaya qalxarkən qəzaya uğrayıb.

APA yerli “Click2Houston” telekanalına istinadən xəbər verir ki, təyyarə yerə düşdükdən sonra alovlanaraq parçalara bölünüb.

Təyyarənin göyərtəsində olan 21 nəfərdən biri xəsarət alıb. Ekipaj üzvləri və sərnişinlər dərhal təyyarədən təxliyə edilib, yaralı isə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, ikiqat mühərrikli “McDonnell Douglas DC-9-87” təyyarəsi 172 oturacaqlıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol