4 nəfərin ölümünə səbəb olub, amma özünü günahkar bilmir - İŞ ADAMININ MƏHKƏMƏSİ

Bir neçə ay öncə Novxanı-Sumqayıt yolunda “Range Rover” markalı 10 CO 002 nömrəli avtomobillə qəza törədək 4 nəfərin ölümünə səbəb olan iş adamı hakim qarşısına çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinə Elşad Kəlbəliyevin cinayət işi üzrə məhkəmə prosesi baş tutub.

Hakim İlham Mahmudov sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihamda göstərilib ki, 14 iyun 2021-ci ildə Binəqədi rayonunun Novxanı bağlar sahəsində E.Kəlbəliyev sərxoş vəziyyətdə idarə etdiyi “Range Rover” markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Yorğun və əzgin vəziyyətdə qaydalara əməl etməyərək qarşısını almaq imkanı olduğu halda sağlamlığa ağır zərər vurmaqla və avtomobilə maddi ziyan vurmaqla Cinayət Məcəlləsinin 263.1.4-cü maddəsinin tələblərini pozub.

Nəticədə E.Kəlbəliyevin idarə etdiyi avtomobillə Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillər toqquşub. E.Kəlbəliyev “Daewoo Damas” markalı avtomobildə olan Bakı şəhər sakinkəri Murad Ziyadov, Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlovun ehtiyatsızlıqdan sağlamlığına ağır zərər vurmaqla onların ölümünə səbəb olub.

Elşad Kəlbəliyev ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib.

Tərəflər əvvəlcə zərərçəkmiş şəxslərin hüquqi varislərinin dindirilməsi barədə razılığa gəliblər.

Növbəti məhkəmə baxışı noyabrın 5-ə təyin olunub.

Bildirək ki, qəza zamanı vəfat edənlərin yaxınları təqsirləndirilən şəxsi bağışlayıblar, ondan şikayət və tələbləri yoxdur.

“Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni olan E.Kəlbəliyev Cinayət Məcəlləsinin 263-1.4 (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham olunur.

O həm də "Əlincə” futbol klubunun prezidentidir.

Xatırladaq ki, bu ilin iyununda Elşad Kəlbəliyevin idarə etdiyi “Range Rover” markalı maşınla Murad Ziyadovun idarə etdiyi “Daeewo Damas” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində “Daeewo” markalı avtomobilin sürücüsü M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri Kamran Əhmədov, Ülman Şıxəliyev və Tovuz rayon sakini Yunis Əhmədov ölüblər. Hadisə vaxtı E.Kəlbəliyev sərxoş vəziyyətdə olub. İş üzrə Emin Hüseynəliyev adlı şəxs də zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, hadisədən təxminən 20 gün sonra “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun həyat yoldaşı Gülnar Hüseynova 90-HN-009 nömrəli “Mercedes Galandewagen” markalı avtomobillə qəza törədərək “Nissan”a, daha sonra “Mercedes” və “VAZ 2106” markalı nəqliyyat vasitələrinə çırpılıb. Qəza zamanı üç nəfər xəsarət alıb.

635x100

Şərhlər

Eko 2021-10-20 21:16:09

Pul vardaaaa) Mehkemelerde rûshvetxor be ne isteyirsiz?

Son yazılar