Latviyada koronavirusa görə sərt qapanma tətbiq olundu

Latviya hökuməti növbəti iclasında koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ölkədə sərt qapanmanın tətbiqi barədə qərar qəbul edib.

Qərara əsasən, oktyabrın 21-dən etibarən ölkədə tədris müəssisələri, əksər mağazalar, eləcə də iaşə obyektləri və digər xidmət məkanları öz fəaliyyətini dayandıracaq.

Lokdaun noyabrın 15-dək davam edəcək.

Qeyd edək ki, son sutka ərzində 1.9 milyon əhaliyə malik ölkədə yeni yoluxanların sayı 2599, ölənlərin sayı isə 24 nəfər təşkil edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar