Menu

Bakının mərkəzindəki narkomanlar yuvasından reportaj - Polis "belə şey yoxdur" deyir (VİDEO)

21.10.2021, 17:54
Bakının mərkəzindəki narkomanlar yuvasından reportaj - Polis "belə şey yoxdur" deyir (VİDEO)

Bakının Yasamal rayonu, Zivərbəy Əhmədbəyov 10 ünvanında yerləşən tikintisi yarımçıq qalmış parklanma yerinin ərazisinə toplaşan insanların mütəmadi olaraq narkotik qəbul etdiyi iddia olunur.

Sakinlərin sözlərinə görə, ərazidə hətta narkotik alqı-satqısı da həyata keçirilir.

Baku TV-nin əməkdaşları sözügedən ərazidə olub, iddialara aydınlıq gətirməyə çalışıb.

Adını vermək istəməyən 34 yaşlı sakin bildirib ki, o da əvvəllər narkotik istifadəçisi olub. Lakin indi bu bəladan qurtulmaq üçün mübarizə aparır.

Şərhlər

Niyaməddin 2021-10-21 23:47:09

Baku TV və əməkdaşlarına təşəkkür edirik. Arif insanlar üçün bu reportaj bütün həqiqətləri çılpaqlığı ilə ortaya çıxarır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol