VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI OLAN ŞƏHİDİN İL MƏRASİMİ KEÇİRİLİB - FOTOLAR

Torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış DİN Daxili Qoşunlarının hərbi qulluqçusu, mayor Şixamir Qaflanovun Zaqatalada il mərasimi keçirilib.

Mərasimdə Daxili İşlər Nazirliyinin təmsilçiləri, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları, rayon ictimaiyyəti, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər.

Əvvəlcə rayonun Üçüncü Tala kəndində şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb. Çıxış edənlər Şixamir Qaflanovun keçdiyi şərəfli ömür yolundan, döyüşlərdə göstərdiyi qəhrəmanlığından danışıb, parlaq xatirəsinin qəlblərdə əbədi yaşayacağını bildiriblər.

Qeyd edək ki, Şixamir Qaflanov Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Vətən müharibəsində hərbçi kimi peşəkarlığı, hünəri yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

635x100

Şərhlər

Eli 2021-10-21 20:09:36

Allah rehmet eylesin Ruhu şad,Mekanı cennet olsun.Allah Şerin ermeni ve ons bu işde destek olanların kökünü kessin.Türkün düşmenleri onsuz da mehv edilecek.Adsm bir şeye teessüf efir ki bizim Melek kimi oğullarımız bu şerefsizlerin şerefsiz emellerine göre Sehid olmaya bikerdiker öz ciyerparalarının yanında olub Sulh ve eminamanluq şeraitinde taşata bilerdiker .Ne qazandı bu iki müharibede ermeniler torpaqmı uddular xeyr bes ne menasız yere gül kimi balalarımyz qurban getdi.Ne azzandı bu işde Ermenistan,Rusiya,Frznsa ,ABŞ ve ya ATET ,Avropa şurası bu işin icraçılarının balaları bu ilde qurban getseyfdiker bu “demokratiya carçıları” dünyaya ne nağıl danışacaqdılar Allah belalarını versin Türkün düşmenlerinin.

Son yazılar