"QARABAĞ MÜHARİBƏSİ ZAMANI ŞAHİD OLDUĞUMUZ RİYAKAR MÜNASİBƏT..." - Ərdoğandan sərt tənqid

“Ötən il 44 gün boyunca Ermənistan ordusunun qadağan olunmuş silahlardan istifadə edərək dinc insanlara hücum etməsini dünya mediası gündəmə gətirmədi”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) İstanbulda keçirilən “Media Forumu”nda çıxışı zamanı deyib.

Türkiyə Prezidenti dünyada söz azadlığından və obyektivlikdən bəhs edən beynəlxalq media quruluşlarının özlərini İkinci Qarabağ müharibəsində Ermənistanın rəsmi xəbər agentliyi kimi apardıqlarını vurğulayıb və bunu tənqid edib.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Türk Şurası Media Forumuna göndərdiyi video mesajda deyib.

Onun sözlərinə görə, Türk dünyası rəqəmsal faşizmdən başqa beynəlxalq medianın ikili standartından da əziyyət çəkir: “Nə qədər inkişaf etsə də, heç bir ölkə və ya cəmiyyət rəqəmsal faşizmin dağıdıcı təsirindən azad deyil. Xüsusilə 44 gün davam edən Qarabağ müharibəsi zamanı şahidi olduğumuz riyakar münasibət ölkələrimiz üçün məsələnin əhəmiyyətini ortaya qoydu. Ermənistan ordusunun dinc əhalini hədəf alan qətliamı və ballistik raket hücumları heç gündəmə gətirilmədi. Medianın müstəqilliyindən və obyektivliyindən bəhs edən beynəlxalq media orqanları Ermənistanın rəsmi xəbər agentliyi kimi çıxış etdilər”.

“Qarabağ müharibəsi ölkələrimiz və Türk dünyası ilə bağlı həqiqətlərə qarşı göstərilən nə ilk, nə də son nümunədir. Qondarma “soyqırımı” iddiaları başda olmaqla tariximizi, milli təhlükəsizliyimizi və millətimizin dəyərlərini hədəf seçən oxşar münasibətə şahid oluruq”, - Ərdoğan vurğulayıb.

Türkiyə dövlət başçısı qeyd edib ki, Türk Şurasının “Media forumu”nda xüsusən dezinformasiyaların təsirləri və onların qarşısının alınması məsələləri müzakirə olunacaq: “Necə ki, müdafiə sənayesində əcnəbi ölkələrə bel bağlamırıqsa, eləcə də media sahəsində də bizə vicdan dərsi keçmək istəyənlərə güvənməməliyik. Yaşadığımız acı təcrübələrdən hasil olan nəticə budur. Türk dünyası olaraq bu istiqamətdə də birlikdə addımlamalıyıq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar