"ABŞ 20 ildə iki müharibə aparıb, hər ikisini uduzub" - PUTİN

ABŞ-ın son 20 ildə apardığı müharibələr bu əməliyyatlar zonasına çoxlu zərər vurub, orada situasiya kardinal şəkildə pisləşib.

Bu barədə oktyabrın 21-də Prezident Vladimir Putin Valday forumunda çıxışı zamanı bəyan edib.

«Dünyanın ən güclü dövləti iki onillik ərzində digər dövlətlərdə (onlarla heç bir parametr üzrə müqayisə olunmayacaq) hərbi əməliyyat həyata keçirib. Amma nəticədə o, məcbur olub öz əməliyyatlarını dayandırıb və bu zaman 20 ildə qarşıya qoyduğu heç bir məqsədə çatmayıb… bu ölkələrdən gedərkən onlara və digərlərinə xeyli ziyan vurub. Əslində, situasiya yalnız kardinal şəkildə pisləşib» - rusiyalı lider bildirib.

Xəbər verildiyi kimi, ABŞ-ın və müttəfiqlərinin bu yaxınlarda taliblərin təzyiqi altında Əfqanıstandan evakuasiya edilməsi zəifliyin və xaosun, 20 illik işğaldan sonra utancverici qaçışın nümayişi olub.

ABŞ üçün analoji situasiya İraqda da meydana gəlib. Amerikalılar oraya Səddam Hüseynin «cinayətkar» rejiminin devilməsi və bu rejimə kütləvi qırğın silahı əldə etməyə imkan verməmək adı altında daxil olmuşdular.

AzPolitika.info

635x100

Şərhlər

t.ədalət 2021-10-23 01:39:35

ABŞ Əfqanıstan,Liviya və İraq müharibələrində Rusiyanı yolun kənarında qoydu..

Son yazılar