"Ballistik raketin sınaqları heç kimi təhdid etmir" - KXDR XİN

Koreya Xalq Demokratik Respublikası (KXDR) hakimiyyəti hesab edir ki, sualtı qayıqlar üçün yeni ballistik raketin sınaqları ABŞ-ı və bölgənin digər ölkələrini təhdid etmir.

«Yeni ballistik raketin sınaq uçuşu (sualtı qayıqdan buraxılıb) orta müddətli və uzaq müddətli müdafiə elminin inkişafının bir hissəsidir və bölgədə qonşu ölkələrin təhlükəsizliyinə heç bir təhlükə yaratmır. Artıq aydın şəkildə deyildiyi kimi, bizim yavaşıdıcı fəaliyyətimiz hər hansı konkret ölkəyə və qüvvəyə qarşı yönəlməyib, əksinə müharibənin özünə qarşıdır və milli suverenliyimizin müdafiəsinə xidmət edir»- KXDR XİN bəyanatında deyilir.

Bəyanat cümə axşamı STAK agentliyi tərəfindən dərc olunub.

«Birləşmiş Ştatların narahat olmasına səbəb yoxdur, nədən ki, bizim sınaq atışımız onlara tuşlanmayıb, əksinə istisnasız olaraq, milli müdafiə üçün planlaşdırılmış layihədir» - nazirlik əlavə edib.

Onların sözlərinə görə, KXDR ABŞ-ın reaksiyasından narahat olur - bu, suveren dövlətin qanuni özünümüdafiə fəaliyyətidir. Oktyabrın 19-da KXDR uğurla yeni ballistik raketin sınağını (sualtı qayıqdan) keçirib. Bundan əvvəl respublika 2015-ci və 2019-cu ildə bu tipli snaryadın atışını həyata keçirib. Pxenyanın bu raket sınaqları bu il səkkizinci olub.

Bir sıra ölkələr, Yaponiya da daxil olmaqla, KXDR-in bu sınaqlarını qınayıblar. ABŞ hakimiyyəti öz növbəsində, Pxenyanı gələcək təxribatlardan çəkinməyə və dialoqa gəlməyə çağırıb.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar