"Taliban" "İŞİD-Xorasan"ın sığınacaqlarını niyə məhv edə bilmir?

"Taliban" Əfqanıstanı ələ keçirdi, amma "İŞİD-Xorasan", Suriya və İraqda yerləşən terror qruplarının mənsubları "Taliban"ın nəzarətində olan ölkədə ictimai təhlükəsizliyin əsas narahatçılığına çevrilib.

"The Washington Post" qəzeti xəbər verir ki, "Taliban" Əfqanıstanda Qani hökumətinin süqutundan sonra ölkədə bir sıra hücumlara səbəb olan terrorçuları saxlaya bilməyib. Bu hücumlara bir həftə ərzində Qəndəhar və Künduzdakı şiə məscidlərində baş verən və onlarla dindarın ölümünə səbəb olan iki partlayış da daxildir. "The Washington Post" qəzetinin yazdığına görə, bu, qruplaşmanın ölkəni işğal etməzdən əvvəl oxşar hücumlar təşkil etməsinə baxmayaraq, "Taliban"ın Kabildəki İŞİD-Xorasanın sığınacaqlarını məhv etmək qabiliyyəti, təlim və kəşfiyyat imkanlarına malik olub-olmaması şübhə yaradır.

Yalnız digər qruplardan olan terrorçular deyil, "Taliban"ın öz sıralarında bir çox döyüşçü intizamsızdır və qrup hakimiyyəti ələ keçirdikdən sonra dəhşətli cinayətlər törədir. Bunun son bir nümunəsi olaraq, "Taliban" üzvləri adam oğurlamaqda şübhəli bilinən adamları edam etdi və cəsədlərini ictimaiyyət qarşısında asdı. İnsanlar çox vaxt qanunsuz fəaliyyətdə ən kiçik bir şübhə ilə həbsxanaya göndərilir. Onların heç bir hüquq məsləhətçisi yoxdur və formal məhkəmə sistemi qurulana qədər kameralarda yatırlar.

Bu arada, "Taliban" beynəlxalq güvəni qazanmaq üçün dünyaya mülayim bir görüntü təqdim etməyə çalışır. Lakin mütəxəssislər deyir ki, Kabil hava limanında baş verən səhnələr terror qrupunun eyni radikallıq və şiddətlə geri döndüyünün sübutudur. Şiddət, hətta əvvəlki dövrlərində də "Taliban" üçün ayrılmaz bir xüsusiyyət idi. Kabildə qan tökülmədən həyata keçirilən sözdə hakimiyyətin köçürülməsi, "yaxşı imic planının" bir hissəsindən başqa bir şey deyildi.

SƏMLA

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar