Paşinyanın ombudsman vəzifəsinə namizədi məlum oldu – Müxalif partiya lideridir

Ermənistanda son günlər ən çox müzakirə olunan mövzulardan biri yaxın zamanda səlahiyyət müddəti başa çatacaq hazırkı ombudsman Arman Tatoyanın Paşinyan hökumətilə qarşıdurmasıdır. Bu qarşıdurmanın nəticəsi olaraq, hakimiyyət növbəti müddətə Tatoyanın namizədliyini irəli sürməyəcəyini bəyan edib.

“AzPolitika.info” erməni mətbuatına istinadla xəbər verir ki, artıq Paşinyan hökumətinin ombudsman postuna yeni namizədinin kimliyi məlumdur. “Joqovurd” qəzetinin yazdığına görə, hakimiyyət bu postda hazırda müxalif “Maariflənmiş Ermənistan” Partiyasına rəhbərlik edən Edmon Marukyanı görmək istəyir.

Bu siyasətçi iyunun 20-də keçirilən parlament seçkisində Paşinyana müxalif mövqedə olub, lakin onun partiyası əvvəlki seçkidən fərqli olaraq, bu dəfə 5 faizlik həddi keçə və parlamentə düşə bilməyib. Buna baxmayaraq, Marukyan Ermənistanda kifayət qədər aktiv və populyar siyasətçilərdən sayılır. Ermənistan qanunlarına görə, Marukyan ombudsman olarsa, partiya sədrliyindən istefa verməlidir.

Onu da xatırladaq ki, bir müddət əvvəl Tbilisidə Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələri arasında keçirilən görüşdə Ermənistanı təmsil edənlər arasında Marukyan da var idi.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar