Menu

Dilqəm erməni önündə sınmadı

27.10.2014, 17:12
Dilqəm erməni önündə sınmadı

Kəlbəcər sakini Xankəndi "məhkəmə"sində kişi kimi mərd dayandı

Kəlbəcərdə doğmalarının qəbrini ziyarət edən zaman erməni işğalçılar tərəfindən girov götürülmüş Dilqəm Əsgərov Xankəndidə oyuncaq rejimin düzəltdiyi məhkəmədə əsil kişilik göstərib.

ANS PRESS-in məlumatına görə, Əsgərov məhkəmədə Dağlıq Qarabağ adında bir dövləti tanımadığını bildirib və özünü bu oyunjaq rejimin “sərhədini” pozmaqda günahkar saymayıb. O, bir neçə dəfə Kəlbəjərə getdiyini və bunu yalnız doğmalarının məzarına baş çəkmək üçün etdiyini deyib. Dilqəm Əsgərov həmçinin Kəlbəcərə yerləşdirilmiş erməni Smbat Tsakanyanın ölümündən xəbərsiz olduğunu bildirib.

Bununla belə, Dilqəm Əsgərov Kəlbəcərə səfər zamanı üzərində ov tüfənginin olduğunu, aj qalmamaq üçün meşədən sahibsiz mal-qara tutaraq kəsdiklərini etiraf edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol