Menu

TÜRKİYƏNİ QƏRBLƏ ÜZ-ÜZƏ QOYAN KAVALA KİMDİR? – Onu "Türkiyənin ən qaranlıq adamı" adlandırırlar...

25.10.2021, 13:17
TÜRKİYƏNİ QƏRBLƏ ÜZ-ÜZƏ QOYAN KAVALA KİMDİR? – Onu "Türkiyənin ən qaranlıq adamı" adlandırırlar...

ÕTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü Əskişəhərdə əhali qarşısındakı çıxışında bildirib ki, Xarici İşlər Nazirliyinə Qərb ölkələrindən 10 səfirin "arzuolunmaz şəxs" elan edilərək ölkədən qovulması barədə təlimat verib.

“Mən xarici işlər nazirinə lazımi göstərişi verdim və görülməli olan tədbirləri söylədim: Bu 10 səfir dərhal “persona-non-qrata” elan olunmalıdır. Bunu dərhal həll edin. Onlar Türkiyəni biləcəklər və anlayacaqlar. Türkiyəni bilməyib və anlamadıqları gün, ölkəni tərk edəcəklər. Türkiyə bir qəbilə dövləti deyil!", - Ərdoğan vurğulayıb.

Xatırladaq ki, Kanada, Danimarka, Fransa, Almaniya, Niderland, Norveç, İsveç, Finlandiya, Yeni Zelandiya və Birləşmiş Ştatların səfirləri oktyabrın 18-də yaydıqları birdə bəyanatda həbsdə olan iş adamı Osman Kavalanın işinin ədalətli və sürətli həllinə və onun təcili sərbəst buraxılmasına çağırıblar. Bu bəyanatın ardınca diplomatlar Türkiyə XİN-ə dəvət edilrək, onlara sərt etiraz bildirilib.

Qərb səfirləri ilə bağlı son qərarın hökumətin bu gün keçiriləcək toplantısında veriləcəyi gözlənilir.

Bəs, Türkiyə ilə Qərbin münasibətlərində böhran yaradan, yerli mediada "Türkiyənin ən qaranlıq adamı" kimi təqdim olunan Osman Kavala kimdir? Ankara onun həbsdə saxlanmasında, Qərb isə azad edilməsində niyə israr edir? 

Qeyd edək ki, bu hadisə Türkiyə iqtisadiyyatında təlatümlü proseslərin getdiyi dövrə təsadüf edib. Son günlər lirə dollar qarşısında sürətlə ucuzlaşıb və bu gün səhər saatlarında 1 dollar 9.8 lirə ekvivalentinə bərabər olub. Müşahidəçilər Qərb ölkələri ilə yaşanan gərginliyinin Türkiyə lirəsini daha da ucuzlaşdıracağı qənaətindədirlər. Bu tendensiya yerli biznesin və əhalinin gəlirlərinə mənfi təsir edir...

Osman Kavala 1957-ci ildə Parisdə anadan olub, İstanbul Robert Liseyini, daha sonra Mançester Universitetinin İqtisadiyyat fakültəsini bitirib. 1982-ci ildə atası Mehmet Kavala vəfat etdikdən sonra "Kavala Qrup"da menecer kimi işə başlayıb və "İletişim Nəşriyyatı"nın qurucuları arasında yer alıb. Daha sonra o, Anadolu Kültür İdarə Heyətinin sədri olmaqla yanaşı, amerikalı milyarder Corc Sorosun təsis etdiyi Açıq Cəmiyyət İnstitutunun Türkiyə təmsilçisi olub. Paralel olaraq, TESEV, TEMA Vəqfi, Tarix Vəqfi, Diyarbakır Siyasi və İctimai Birliyi kimi bir çox qeyri-hökumət təşkilatının qurucu üzvü, idarə heyətinin üzvü və ya məsləhət şurasının üzvü kimi fəaliyyət göstərib. Osman Kavalanın Araşdırmalar İnstitutu, Türk Kino və Audiovizual Mədəniyyət Vəqfi də mövcuddur.

Qeyd edək ki, PKK terror təşkilatına yaxınlığ ilə tanınan Kavala ABŞ-dakı bəzi dairələrin dəstəyi ilə 2016-cı il 15 iyul günündə Türkiyədə baş tutmuş dövlət çevirlişinə cəhddə yer alıb. Türkiyədə hərbi çevrilişə cəhdin arxasında dayanan  ölkələr indi Kavalanı müdafiə edir. Bu da Ərdoğanın yeritdiyi siyasətin onları qane etmədiyini göstərir. Çünki ABŞ və Avropa Birliyinə müti Türkiyə lazımdır. Türkiyənin isə sözəbaxan vaxtı çoxdan arxada qalıb. Bundan narahat olan  ABŞ və Avropa Birliyinin bəzi ölkələri Kavala kimi terror dəstəkçilərinin həbsini bəhanə edərək Ankaranı sıxışdırmağa çalışır. 

Osman Kavala Gəzi Parkı hadisələri, Fətullahçı Terror Təşkilatının (FETÖ) 17-25 dekabr sui-qəsdləri və 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı aparılan istintaq çərçivəsində 2017-ci il noyabrın 1-də həbs edilib. O, "Gəzi" terror təşkilatının meneceri və təşkilatçısı olmaqda ittiham olunub. Kavala 2019-cu ildə keçirilən məhkəmədə verilən ittihamların bəzilərindən şübhəli şəkildə bəraət qazanıb. Amma sərbəst buraxldıqdan dərhal sonra yenidən həbs edilib və bu dəfə onun işi çevriliş cəhdilə əlaqədar başqa ittihamlarla birləşdirilib.

“Bu şərtlər altında ədalətli mühakimə ehtimalı olmadığı üçün, inanıram ki, bundan sonra məhkəmədə iştirak edib, müdafiəmi təqdim etmək mənasız olacaq,” - deyə, Osman Kavala ədalət mühakiməsindən qaçmağa, terrora dəstək verdiyini təsdiqləyən faktların açılmasına səbəb olacaq məhkəmə prosesinin keçirilməməsinə çalışır. 

Qətrbin Türkiyə əleyhinə siyasətinin iştirakçısına çevrilən Avropa İnsan Haqları Məhkəməsi də 2019-cu ildə Kavalanın dərhal sərbəst buraxılmasına çağırıb. Hətta Kavalanın cinayətlərini təsdiqləyən faktların olmasını görməzdən gələrək, onun cinayət törətdiyinə dair əsaslı şübhənin olmadığını iddia edib. Avropa Şurası Kavala sərbəst buraxılmasa, Türkiyəyə qarşı qanun pozuntusu prosedurlarını başladacağını bildirərək, siyasi şantaja əl atıb, Ankaranı təhdid etməyə cəhd edib. Təbii ki, adekvat cavabını da alıb! 

Qeyd edək ki, Qərbdəki türk düşmənlərinin Kavalanın müdafiəsində fəallaşması da təsadüfü deyil. Belə  ki, bu terrora dəstək verən "siyasətçinin"  və digərlərinin növbəti məhkəmə iclası noybarın 26-da keçiriləcək.

Onu da qeyd edək ki, Kavala ilə bağlı 10 ölkənin səfirlərinin bəyanatının arxasında Ərdoğana, Türkiyəyə qarşı ifrat mənfi mövqedə olan ABŞ Prezidenti Co Baydenin durduğu ehtimal olunur. Həmçinin, bəyanatda Böyük Britaniya səfirinin imzasının olmaması da diqqətləri çəkib.

"AzPolitika.info"

Şərhlər

Niyaməddin 2021-10-25 16:03:10

Dik dur, əyilmə, bu millət səninlə! R. T. Ərdoğanı bunlar hələ yaxşı tanımayıblar, ancaq təbii ki, tanıyacaqlar. Allah Türk və İslam düşmənlərinin belini qırsın, inşə Allah qıracaq da!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol