Menu

Ermənistanın dövlət borcu 9 milyard dolları keçdi

26.10.2021, 23:15
Ermənistanın dövlət borcu 9 milyard dolları keçdi

Ermənistanın dövlət borcu artaraq 9 milyard dollarlıq həddi keçib. Cari ilin 30 sentyabrına olan nəticələrə görə, ölkənin dövlət borcu 9 milyard 30 milyon təşkil edib. Avqust ayı ilə müqayisədə bu rəqəm 86 milyon dollar artıb. İl ərzində isə borcdakı artım 1 milyard 190 milyon dollara çatıb.

Ermənistanın dövlət borcunun böyük hissəsini 8 milyard 564 milyon dollarlıq hissəsini hökumətin xarici borcu təşkil edir. Bu məbləğə xarici kreditlər və borclar, qeyri-rezidentlər tərəfindən alınmış qiymətli kağızlar və dövlət xarici valyuta istiqrazları daxildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol