Menu

Vergi sanksiyası gəlirləri dövlət və ictimai əhəmiyyətli işlərə xərclənəcək

27.10.2021, 14:08
Vergi sanksiyası gəlirləri dövlət və ictimai əhəmiyyətli işlərə xərclənəcək

Azərbaycanda vergi orqanlarının tətbiq etdiyi maliyyə sanksiyalarından gəlirlərin istifadə ediləcəyi istiqamətlərin sayı artırılıb.

“Report” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev təsdiq etdiyi Vergi Məcəlləsində dəyişikliklərdə öz əksini tapıb.

Məcəllənin “Vergi orqanları tərəfindən tətbiq olunan maliyyə sanksiyalarından və digər vəsaitlərdən ayırmalar” adlı 22-1.1.-ci maddəsinə edilən əlavə görə, Vergi sanksiyası gəlirləri dövlət və ictimai əhəmiyyətli işlərə xərclənə bilər.

Dəyişikliyə əsasən, həmin vəsaitlər yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının artırılması məqsədi ilə ayrıla bilərdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol