Menu

DSMF-nin büdcəsi 161 milyon manat artırılır

27.10.2021, 16:11
DSMF-nin büdcəsi 161 milyon manat artırılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gələn il üzrə büdcəsi məlum olub.

"Report"un xəbərinə görə, bu, “Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2022-ci il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənəsə əsasən, 2022-ci ildə DSMF-nin gəlirləri və xərcləri 5 306,77 milyon manat təşkil etməlidir. Bu isə 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 160,74 milyon manat və yaxud 3,1% çoxdur.

Xatırladaq ki, bu il Fondun gəlirləri və xərcləri 5 146,03 milyon manat proqnozlaşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol