Menu

"Milan" danimarkalı müdafiəçi ilə müqaviləni uzadıb

27.10.2021, 22:48
"Milan" danimarkalı müdafiəçi ilə müqaviləni uzadıb

İtaliya "Milan"ı futbolçusu Simon Kyaerlə yeni müqavilə imzalayıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, danimarkalı müdafiəçinin sözləşməsinin müddəti 2024-cü ilin yayınadək uzadılıb.

Qeyd edək ki, 32 yaşlı arxa xətt oyunçusu 2020-ci ilin yanvarından Milan şəhərinin eyniadlı təmsilçisində çıxış edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol