Menu

"Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğumuzu dəfələrlə bəyan etmişik" - Armen Qriqoryan

28.10.2021, 14:11
"Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğumuzu dəfələrlə bəyan etmişik" - Armen Qriqoryan

"Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu dəfələrlə bəyan edib".

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan brifinqdə deyib.

Onun sözlərinə görə, normallaşma mexanizmlərini tapmaq üçün Ermənistan rəhbərliyi rusiyalı həmkarları ilə bu məsələni müzakirə edir.

"Düşünürəm ki, bu işə başlamaq səmərəli olardı. Həm biz, həm də Türkiyə tərəfi müsbət siqnalların olduğunu bildirmişik”, - deyə o əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol