Menu

“Youtube”un işində nasazlıq yaranıb

28.10.2021, 23:45
“Youtube”un işində nasazlıq yaranıb

Dünyanın bir sıra ölkələrində “YouTube” onlayn-videohostinqin istifadəçiləri xidmətin işində nasazlığın yarandığını bildirirlər.

“Report” xəbər verir ki, bu barədə məşhur internet-resursların işini izləyən “Downdetector” portalı məlumat yayıb.

Ən çox şikayət ABŞ, Kanada, Böyük Britaniya, Fransa və Yaponiyadan daxil olur.

Xidmətin istifadəçiləri (52%) daha çox saytla bağlı problemlərin yaranmasından şikayət edirlər.

İstifadəçilərin 29%-i videoya baxmaqda çətinlik çəkir, digər 19% isə hesablarına daxil ola bilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol