Menu

Lavrov və Çavuşoğlu arasında görüş olub (Yenilənib)

30.10.2021, 23:54
Lavrov və Çavuşoğlu arasında görüş olub (Yenilənib)

Türkiyənin Xarici işlər naziri Mevlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

APA-nın Rusiyanın XİN-ə istinadla xəbərinə görə, görüş Romada Böyük İyirmiliyin zirvə görüşü çərçivəsində baş tutub.

Görüş zamanı diplomatlar Qafqazda və Balkanlarda vəziyyətin sabitləşməsi üçün iki ölkənin səylərinin birləşdirilməsinin vacibliyinə diqqət çəkiblər. Həmçinin Bosniya məsələsinin həlli üçün çoxtərəfli formatlardan istifadə də müzakirə olunub.

Diplomatlar cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üçün regional 3-3 mexanizminin işə salınması barədə də fikir mübadiləsi aparıblar.

Görüşdə həmçinin beynəlxalq və ikitərəfli məsələlər müzakirə olunub.

***

Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında görüş başlayıb. Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Görüş “Böyük iyirmilik” (G20) ölkələrinin dövlət və hökumət başçılarının sammiti çərçivəsində baş tutur.

17:33

“Böyük iyirmilik” (G20) ölkələrinin dövlət və hökumət başçılarının sammitində iştirak etmək üçün Romaya gedən Rusiya xarici işlər naziri Sergey Lavrovun görüş planı məlum olub.

“Report” TASS-a istinadən xəbər verir ki, o, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb müzakirələr aparmaq niyyətindədir.

Eyni zamanda, Rusiya nümayəndə heyətinin məlumatına görə, Lavrov Çinin xarici işlər naziri Van İ, eləcə də fransalı həmkarı Jan-İv Le Drian ilə danışıqlar aparacaq. Bundan əlavə, BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) icraçı direktoru Devid Bizli və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus ilə görüşləri də gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol