Elektrik enerjisinə gəlincə isə əhali üçün tarif diferensiasiyası dəyişib. İndiyədək elektrik enerjisi üçün iki ödəniş həddi olub - aylıq 300 kVts-dək (7 qəpik) və 300 kVts-dan çox (11 qəpik).
Tarif Şurasının yeni qərarında üç kateqoriya yaradılır.
200 kVts-dək olan abonentlər üçün 8 qəpik/kVts,
200 kVts - 300 kVts arası 9 qəpik/kVts,
300 kVts-dan yuxarı isə 13 qəpik/kVts
Tarif Şurası təbii qaz qiymətlərinin sürətli artımının dünyada, o cümlədən Avropada elektrik enerjisi qiymətlərinin kəskin qalxmasına təkan verdiyini bildirir. "Hazırda təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci satış qiymətlərini üstələyir", - məlumatda deyilir.
"Azəriqaz" İstehsalat Birliyi tariflərə baxışın qaçılmaz olduğunu bildirib. "Azərişıq" ASC-nin nümayəndəsi isə bildirib ki, elektrik enerjisi ilə bağlı yeni diferensiasiya aztəminatlı ailələr üçün güzəştli tarif siyasətini qoruyub saxlamış oldu.
"AzPolitika.info"


Şərhlər
Allah bunu edənlərin cəzasını versin.
Əhalini daha kasıb edən tarif şurası kimlərə xidmət edir?