Menu

Türkiyə ordusunun ötən ay Suriyada zərərsizləşdirdiyi terrorçuların sayı açıqlanıb

01.11.2021, 14:32
Türkiyə ordusunun ötən ay Suriyada zərərsizləşdirdiyi terrorçuların sayı açıqlanıb

"Türkiyə Silahlı Qüvvələrinin Suriyada keçirdiyi antiterror əməliyyatı nəticəsində bu ilin oktyabr ayında İŞİD-çilər də daxil olmaqla 169 terrorçu zərərsizləşdirilib".

"Report" xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr müşavirliyinin zabiti, mayor Pınar Kara noyabrın 1-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Suriyadakı Bəşşar Əsəd rejiminə bağlı silahlıların son bir ayda İdlib bölgəsini top mərmisi və raket atəşinə tutması nəticəsində aralarında uşaqlar da olmaqla 19 mülki şəxs ölüb. O bildirib ki, 72 mülki şəxs isə yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol