Menu

Cənubi Koreya və ABŞ birgə HHQ təlimlərinə başlayıb

01.11.2021, 15:04
Cənubi Koreya və ABŞ birgə HHQ təlimlərinə başlayıb

Koreya Respublikası və Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi-hava qüvvələri (HHQ) bazar ertəsi birgə təlimlərə baylayıb.

Bu barədə noyabrın 1-də «KBS» telekanalına istinadla TASS agentliyi xəbər verib.

Agentliyin məlumatına görə, təlimlər 5 gün davam edəcək. Onlarda 100 vahidə yaxın aviatexnika, o cümlədən, Koreyanın F-15K və KF-16 qırıcıları və F-16 Amerikka təyyarələri hərəkətə gətiriləcək.

Respublika HHQ komandanlığı hər-hansı təfərrüat barədə xəbər verməkdən çəkinib və bəyan edib ki, təlimlər balanslaşdırılmış formada, plana uyğun şəkildə aparılır.

Son illər müttəfiqlər birgə təlimləri qısaldılmış miqyasda aparırlar ki, bu da KXDR ilə dialoqun (dilomatik səylərin) bərpasını dəstəkləmək məqsədi daşıyır.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol